Tramp müdafiə büdcəsini azaltmayacaq

Tramp müdafiə büdcəsini azaltmayacaq

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsini ixtisar etmək niyyətində deyil

"Cebheinfo.az" xəbər verir ki, Tramp bunu ABŞ Hərbi Akademiyasının məzunlarına müraciət edərkən deyib.

"Biz yenicə hərbi büdcəni 1 trilyon dollara çatdırmışıq. Bəzi insanlara maraqlıdır ki, mən bu büdcəni azaldacağammı. Demək istəyirəm ki, mən onu heç 10 sent də azaltmayacağam. Azaltmaq mümkün olan başqa şeylər var", - Tramp deyib.

Qeyd edək ki, mayın əvvəlində Ağ Ev 2026-cı maliyyə ili (1 oktyabr 2025-ci ildən 30 sentyabr 2026-cı il) üçün ABŞ büdcəsinin layihəsini açıqlayıb. Büdcə, qeyri-müdafiə xərclərinin 22,6% (təxminən 163 milyard dollar) azaldılmasını nəzərdə tutur.

"Cebheinfo.az"