Özünü şahzadə sayan “qanuni oğru” tutuldu: QADINLA BİRGƏ...

Özünü şahzadə sayan “qanuni oğru” tutuldu: QADINLA BİRGƏ...

Varşava polisi qanunsuz silah və sursat saxlamaqda şübhəli bilinən yeddi Gürcüstan vətəndaşını saxlayıb. 

Onlardan ümumilikdə 7 odlu silah və 200-dən çox patron götürülüb. Həbs olunanlar arasında “Qanuni oğru” da  var. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Polşa mediası yazır.

Əməliyyat apreldə Varşavanın Novoqrudok küçəsində dayanan avtomobilin həyəcan siqnalının kəsilərək  odlu silahın oğurlanmasından sonra başlayıb. Oğurluqda şübhəli bilinən şəxs bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə baxış zamanı həmin avtomobildən bel çantası, həmçinin növbəti quldurluq zamanı oğurlanmış skripka aşkar ediblər.

İzlər Nonıy Konik kəndinə aparıb.

"Orada olan insanların silahlı olması barədə məlumat təsdiqləndiyi üçün icra əməliyyat müvafiq hazırlıq tələb edirdi. Belə vəziyyətlərdə ən kiçik xətaya belə yer yoxdur və təhlükəsizlik təmin edilməldir”,-deyə polis bildirib. Nəticədə kəndin polisi 33-50 yaşlarında Gürcüstan vətəndaşı olan 5 kişi və bir qadını həbs edib. Məlum olub ki, saxlanılanlardan biri bütün Qafqazda tanınan kriminal avtoritetdir. 

Polşa kəşfiyyatının koordinatoru Yasek Dobynski “qanuni oğru”nun soyadını və ya ləqəbini verməkdən imtina edib:

"O, cinayət iyerarxiyasında şahzadədir, mafiozdur, çox təhlükəli bir insandır."

Əməliyyat zamanı seriya nömrəsi vurulmuş tapançalardan birinin Varşavada bir müddət əvvəl oğurlandığı müəyyən edilib. Bundan əlavə, siqnal kəsmə cihazları, LSD dərmanları və çox güman ki, saxta sənədlər götürülüb. 

Xəzər
“Cebheinfo.az”