Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olundu - ADLAR

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.
"Cebheinfo.az" xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən iclasında səsə qoyularaq qəbul edilib.
Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunublar.
Hakimlər parlamentdə and içiblər.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.
Vilayət Muxtar
"Cebheinfo.az"