Tramp: "İranla əlaqə saxlamıram"

ABŞ prezidenti Donald Tramp İranla hər hansı bir kontaktda olduğunu təkzib edib.
"Cebheinfo.az" xəbər veri ki, Tramp bu barədə “Truth Social” hesabındakı paylaşımında bildirib.
“Saxta demokrat Senator Kris Kunsa deyin ki, mən Obamadan fərqli olaraq, İrana heç nə təklif etmirəm. Hansı ki, nüvə razılaşması ilə iranlılara milyardlarla dollar vermişdi. Mən iranlılarla onların nüvə obyektlərini məhv etdiyimizdən bəri əlaqə qurmamışam”-deyə ABŞ prezidenti paylaşımında qeyd edib.
"Cebheinfo.az"