Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3613,9 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
Beş ayda paytaxtda hüquqi şəxslər əhaliyə 3133,3 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 86,7 %-ni təşkil edib.
"Cebheinfo.az"