Tanınmış idman şərhçisi Sabri Ugan vəfat edib

Tanınmış idman şərhçisi Sabri Ugan vəfat edib

Bir neçə gün öncə xərçəng xəstəliyinə tutulduğunu açıqlayan Türkiyənin 62 yaşlı tanınmış idman şərhçisi Sabri Ugan dünyasını dəyişib.

APA yerli mediaya istinadən xəbər verir ki, şərhçi xərçəng müalicəsi səbəbilə reanimasiyada saxlanılırdı.

Ugan müalicə olunduğu xəstəxanada 62 yaşında vəfat edib.

Qeyd edək ki, Sabri Ugan 24 may 1963-cü ildə Sakaryada anadan olub. 1985-ci ildə müxbir kimi işə başlayıb, 1991-ci ildə isə idman redaktoru olub. Daha sonra Star TV-yə keçib və burada Super Liqa, Çempionlar Liqası və UEFA Avropa Liqasında Türk klublarının mühüm oyunlarını şərh edib.

"Cebheinfo.az"