İş adamı bazarda bıçaqlandı - YENİLƏNİB

Dünən Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, saat 07 radələrində Lənkərandakı mərkəzi bazarda rayonun Osaküçə kənd sakin, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov 1977-ci il təvəllüdlü Həbibov Firad Səyad oğluna bıçaqla zərbələr endirib.
Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
B.Tahirov CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
***
Baku TV-nin məlumatna görə, bıçaqlanan F.Həbibov Osaküçə kəndində yerləşən “Pambəhi” istirahət mərkəzinin sahibidir.
5 bıçaq xəsarəti alan iş adamı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
"Cebheinfo.az"