“Azərişıq”dan Xətaidəki elektrin kəsintisi ilə bağlı açıqlama

Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.
Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.(Report)
"Cebheinfo.az"