Ukrayna Rusiyanın məşhur zavodunu dağıtdı

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavoduna hücum edib.
“Cebheinfo.az” xəbər verir ki, “Telegram”-da “Mash” kanalı Rusiya müəssisəsinə hücum barədə məlumat yayıb.
Məlum olduğu kimi, hücum nəticəsində zavod dağıdılıb. Həmçinin, “Mash”-ın məlumatına görə, müəssisənin bir neçə əməkdaşı xəsarət alıb.
Bryansk vilayətində yerləşən zavoda hücum barədə vilayətin qubernatoru Aleksandr Boqomaz da məlumat verib. Lakin o, hansı müəssisənin vurulduğunu açıqlamayıb. Qubernator öz bloqunda yazıb:
“Yanğın baş verib, sənaye və inzibati binalar dağılıb”.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Rusiya regionunda 20 kilsənin zədələndiyi məlum olub.
Xəzər
“Cebheinfo.az”