Prezident və Baş nazir “atışır”

Prezident və Baş nazir “atışır”

Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə Ukrayna Prezidenti Volodimir Zelenskinin tənqidlərinə cavab verib. Orbanı Ukraynanın Aİ-yə üzvlüyünə mane olmaqda ittiham etmişdi.

“Cebheinfo.az”-ın “European Pravda”-ya istinadən xəbərinə görə, Zelenski jurnalistlərlə söhbətində Orbanı tənqid edib, onun sözlərinə görə, Orban “çox təhlükəli işlər görür”.

Ukrayna Prezidentinin sözlərinə görə, Macarıstanın Baş nazirinin Ukraynanın avrointeqrasiyasına mane olmaq üzrə hərəkətləri 2026-cı ildə keçiriləcək seçkilər fonunda Ukraynanı daxili siyasi mübarizəyə cəlb etməklə bağlıdır.

"Dünən Prezident Zelenski macar xalqına müraciət edib. Cənab prezident! Macar xalqının nə düşündüyünə Kiyevdəki prezident və ya Brüsseldəki bürokratlar qərar vermir", - Orban sosial mediada ona cavab verib.

"Macarıstansız Ukrayna Aİ-yə daxil olmayacaq. Hər bir Macarıstan vətəndaşının bu məsələ ilə bağlı öz fikrini bildirmək hüququ olacaq. İstəsəniz də, istəməsəniz də. Bizim burada etdiyimiz budur", - o əlavə edib.

Əvvəllər Ukrayna rəhbərliyi və Avropa Komissiyasının 2025-ci ildə üzvlük danışıqlarının sürəti ilə bağlı iddialı planları var idi, lakin Macarıstanın vetosu buna mane olub.

Budapeşt Ukraynanın Aİ-yə daxil olması ilə bağlı məşvərət sorğusu təşkil edib. Viktor Orban artıq açıq şəkildə bunun əleyhinə səs verib.

Xəzər 
"Cebheinfo.az"