“Real” yayda onu satacaq

“Real” yayda onu satacaq

“Real madrid” yayda futbolçusu Rodriqonu satmağı düşünür.

“Qafqazinfo” bu barədə “Relevo”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Madrid klubu braziliyalı futbolçu üçün start qiymət 100 milyon avro müəyyən edib. 

Futbolçu ilə “Mançester Siti” və “Arsenal”ın maraqlandığı bildirilir. 24 yaşlı hücumçu ilə bağlı qərarın yayda “Real”a baş məşqçi təyin ediləcəyi gözlənilən Xabi Alonso ilə danışıqlardan sonra veriləcəyi deyilir.

Qeyd edək ki, Rodriqo bu mövsüm “kral klubu”nda bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. 

Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

"Cebheinfo.az"