İsrail və ABŞ: “İlham Əliyev bütün tərəflərlə dialoq apara bilən yeganə şəxsdir”

İsrail hökumətinin başçısı Benyamin Netanyahu gələn həftə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən 10 gün sonra Bakıya səfər etməli idi.
Baş nazirlik dəftərxanası elan edib ki, Qəzza və Suriya cəbhələrində baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik qrafiki ilə əlaqədar Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib.
“Cebheinfo.az” xəbər verir ki, “Baş nazir dəvətə görə Prezident Əliyevə təşəkkür edir və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirir”, - deyə məlumatda bildirilir.
Əvvəlki məlumata görə, Netanyahu Prezident İlham Əliyevlə görüşmək üçün mayın 7-də Azərbaycan paytaxtına uçmalı idi. Səfərin beş gün davam etməsi planlaşdırılırdı. Bu, Vaşinqton və Tehran arasında nüvə danışıqları fonunda İran Prezidenti Məsud Pezeşkiyanın Bakıya səfərindən təxminən on gün sonra baş verməli idi.
Xarici mətbuat yazır ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun ölkəyə səfərindən sonra Azərbaycan faktiki olaraq regionda gərginliyin sabitləşdirilməsində vasitəçi olub.
“Vesti” yazır ki, İlham Əliyev, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra Suriyanın yeni Prezidenti Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) ilə də görüşüb:
“Beləliklə, o, Yaxın Şərq regionunun sabitləşdirilməsi məsələsində ən mühüm oyunçulardan birinə çevrilir. İsrail və ABŞ-də İlham Əliyev istisnasız olaraq bütün tərəflərlə dialoq apara bilən yeganə şəxs hesab olunur. Bundan əlavə, İlham Əliyevin vasitəçiliyi və təşəbbüsü ilə milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti Bakıda Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycan həm Türkiyənin, həm də İsrailin müttəfiqidir. O, müsəlman ölkəsi olmasına baxmayaraq, müharibə boyu İsraili cəsarətlə dəstəkləməyə davam etdi. Azərbaycanda İsrailə qarşı etirazlar olmayıb, əksinə, hətta yəhudi dövləti ilə həmrəyliyin təzahürləri də var idi. Üstəlik, ölkə beynəlxalq təzyiqlərə tab gətirdi”.
Xəzər
“Cebheinfo.az”