Putin alman dilində onlara MÜRACİƏT ETDİ

Rusiya Prezidenti Vladimir Putin alman dilində danışıb.
O, Almaniyanın keçmiş kanslri Şröderlə bağlı vəziyyəti şərh etmək və 2023-cü ilin sentyabrında Kanada parlamentinin ukraynalı nasist Yaroslav Hunkanı (Qunka) alqışladığı qalmaqala münasibətini bildirmək üçün alman dilinə keçib.
“Cebheinfo.az” xəbər verir ki, dövlət başçısı kinoprodüser Səidə Medvedeva və jurnalist Pavel Zarubinin “Rossiya 1” telekanalı üçün hazırladığı “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində alman dilində müraciət edib.
Vladimir Putin qeyd edib ki, Qərb siyasətçiləri rəsmi tədbirlərdə keçmiş kansler Şröderdən uzaqlaşmağa çalışır, onun Almaniyanın hazırkı kansleri Olaf Şolzla eyni çərçivədə görünməsinə imkan vermirlər. Prezident bunu Qərbdəki ümumi tendensiya ilə əlaqələndirib. Onun fikrincə, bu tendensiya Rusiyanın dostlarını alçaltmaq cəhdləri, eyni zamanda nasistlərə simpatiya nümayiş etdirir.
“Şröderdən nə qədər uzaq, nasistlərə rəğbət bəsləyən Entoni Rota (Kanada parlamentinin sədri) bir o qədər yaxın”, - Putin almanca deyib və sözlərinin Almaniyada eşidiləcəyinə ümid etdiyini bildirib.
"Almaniyada çoxlu layiqli insanlar var. Əminəm ki, bunu çoxları eşidəcək", - dövlət başçısı bildirib.
Yaroslav Hunke ilə qalmaqal 2023-cü ilin sentyabrında Kanada İcmalar Palatasında baş verib. 14-cü SS Könüllü Piyada Diviziyasının “Qalisiya” adlı 98 yaşlı keçmiş üzvü qəhrəman kimi təqdim edilib və bu, gurultulu alqışlara səbəb olub. İstintaqın məlumatına görə, Hunke SSRİ-də dinc əhalinin kütləvi qətlində, o cümlədən Lvov vilayətinin Quta Penyatskaya kəndində 500-dən çox insanın həlak olduğu faciədə iştirak edib.
Rusiya İstintaq Komitəsi soyqırım faktı ilə bağlı cinayət işi açıb və 2023-cü ilin noyabrında Baş Prokurorluq Hunke haqqında İnterpol xətti ilə beynəlxalq axtarışa başlayıb. 2024-cü ilin əvvəlində Moskva Ottavadan nasisti ekstradisiya etməyi xahiş etdi, lakin rədd olunub.
Mayın 4-də “Rossiya” telekanalı və “Smotrim” saytında kinoprodüser Səidə Medvedeva və jurnalist Pavel Zarubinin “Rusiya. Kreml. Putin. 25 il” filmi yayımlanıb. Film Rusiya liderinin ötən 25 ildə ölkə üçün əsas və vacib şeylər haqqında səmimi söhbəti əks etdirir.
Xəzər
"Cebheinfo.az"