Xaçmazda minik avtomobili aşıb - Yaralılar var

Xaçmazda minik avtomobili aşıb, yaralılar var.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Daewoo Nexia” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"