“Neftçi” yenə xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub.
"Cebheinfo.az" xəbər verir ki, günün son qarşılaşması “Neftçi” iəə “Kəpəz” arasında keçirilib.
Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bakı klubu 37 xalla 6-cı, gəncəlilər isə 29 xalla 9-cu yerdə qərarlaşıb.
4 may
20:00. “Neftçi” – “Kəpəz” - 2:2
Qollar: Aleks Fernandes, 24 (1:0), Luis Paçu, 50 (1:1), Camal Cəfərov, 63 (1:2), Emin Mahmudov, 90+6 - pen. (2:2)
Qırmızı vərəqə: Elvin Camalov, 70 (“Neftçi”)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
“Neftçi Arena”
"Cebheinfo.az"