Putin mətbəxində qonaqlara qulluq etdi - VİDEO

Putin mətbəxində qonaqlara qulluq etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmi üçün verdiyi müsahibədə ilk dəfə Kremldəki mənzilini göstərib.

“Qafqazinfo” xəbər verir ki, onun həmin mənzilin mətbəxində jurnalist Pavel Zarubinlə söhbətindən fraqmentlər yayılıb.

Kadrlarda Rusiya liderinin soyuducudan kefir, şkafdan ağ fincanlar, masadakı qutudan isə Belarus şokolodları çıxardığı görünür. O, şokoladların özünə hədiyyə olunduğunu qeyd edir. Həmçinin Putinin masasında banan, bal, souslar, ədviyyatlar və kağız salfetlər gözə dəyir.

Jurnalistin masadakılarla bağlı “Hər şey Rusiya istehsalıdır, hə?” sualına Putin “Hə. Əlbəttə” cavabını verir.

"Cebheinfo.az"