Moskvada yaşayış binasında güclü partlayış - Yaralılar var

Moskvanın General Tyulenev küçəsindəki yaşayış binalarından birində əvvəlcə partlayış daha sonra yanğın çıxıb.
Bu haqda TASS məlumat yayıb.
İlkin ehtimala görə, partlayış 9-cu mərtəbədə baş verib. Nəticədə 8-9-cu mərtəbələr uçub. 10-dan çox yaralının olduğu qeyd edilir.
Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.
"Cebheinfo.az"