Bütün insanlarda qocalma başlayır: BU YAŞDA

Bütün insanlarda qocalma başlayır: BU YAŞDA

Fiziki durum bütün insanlarda, hətta təlim keçmişlərdə də zaman keçdikcə pisləşir.

İnsan orqanizmində qocalma prosesləri 65 yaşdan sonra hər kəsdə - təlim keçmiş və keçməmiş bütün insanlarda başlayır. 

“Cebheinfo.az” “Gazeta.ru”-ya istinadən yazır ki, bunu geriatr və gerontoloq Kirill Proşçayev deyib.

O qeyd edib ki, yaşlandıqca gücün və əzələ kütləsinin azalması və insanın 30, 40 və 50 yaşında fitnes səviyyəsinin necə dəyişəcəyini dəqiq “proqnozlaşdırmaq” mümkün deyil. Lakin 65 ildən sonra təbii qocalma prosesləri istisnasız olaraq bütün insanlarda baş verir. Ancaq bu yaşda fiziki təlim keçmiş insanlarda bədənin zəifləməsi prosesi daha yavaş bir sürətlə baş verəcək.

Gerontoloq həftədə ən azı 150-300 dəqiqəni aerobik məşqlərə ayırmağı tövsiyə edir. Bundan əlavə, onun fikrincə, müntəzəm tarazlıq məşqləri, dartma, nəfəs alma və ya yoqa məşqləri lazımdır. O, hər gün idman etməyi məsləhət görür.

Xəzər
“Cebheinfo.az”