Asiya Çempionlar Liqasının qalibi bəlli oldu

Asiya Çempionlar Liqasının qalibi bəlli oldu

Asiya Çempionlar Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, finalda Səudiyyə Ərəbistanı klubu “Əl-Əhli” Yaponiya təmsilçisi “Kavasaki” ilə qarşılaşıb. 

Matç Qətərin Ciddə şəhərindəki “King Abdullah Sports Siti” stadionunda keçirilib. 

Həlledici görüşdə “Əl-Əhli” 2:0 hesablı qələbə qazanıb. 

Beləliklə, Səudiyyə Ərəbistanı təmsilçisi turnirin qalibi olub. Bu, “Əl-Əhli”nin bu turnirdə ilk qələbəsi olub.

"Cebheinfo.az"