Ukraynaya ən çox hansı ölkə kömək edir?

Ukraynaya ən çox hansı ölkə kömək edir?

Böyük Britaniya Rusiya ilə münaqişədə özünü Ukraynanın əsas köməkçisi hesab edir.

Oxu.Az "The Paper"ə istinadən xəbər verir ki, Böyük Britaniya rəsmiləri müvafiq bəyanatla çıxış ediblər.

Qeyd olunub ki, bununla London bütün istiqamətlərdə - həm döyüş meydanında, həm də ondan kənarda Kiyevə kömək etmək istəyinə işarə edir.

Buna görə də Böyük Britaniya hakimiyyəti inanır ki, onlar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsində, eləcə də Rusiya ilə münaqişədə danışıqlarda mövqelərinin yaxşılaşdırılmasında bir nömrəli köməkçidirlər.

"Cebheinfo.az"