Ərdoğandan İstanbul zəlzələsiylə bağlı İLK AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bir-birinin ardınca baş verən zəlzələlərlə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, episentri İstanbulun Silivri rayonu, Mərmərə dənizində olan ən kiçiyi 3,9, ən böyüyü isə 6,2 bal gücündə dörd ayrı təkan qeydə alınıb.
Prezident Ərdoğan İstanbulda olduğu kimi ətraf vilayətlərdə də hiss edilən zəlzələlərlə bağlı ilk açıqlamasında “Vətəndaşlarımıza şəfa diləyirəm, hadisələri yaxından izləyirik”,-deyib.
Nigar Hacılı
"Cebheinfo.az"