Yasamalda bank kartından 5 min manat oğurlanıb

Yasamalda bank kartından 5 min manat oğurlanıb

Yasamalda bir nəfərin bank kartından 5000 manat oğurlayan şəxs saxlanılıb.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

"Cebheinfo.az"