“Ya razılaşın, ya da biz yoxuq”- ABŞ-dən hədə qorxu

Vitse-prezident Devid Ceyms Vens ABŞ-nin Rusiya və Ukraynaya sülh razılaşması yolunda “çox aydın təklif” etdiyini deyib.
O əlavə edib ki, tərəflərin ya “hə” deməsinin vaxtı çatıb, ya da ABŞ bu prosesdən uzaqlaşacaq.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” yazır.O, bir gün əvvəl “Financial Times” qəzetinin yazdığı Ukrayna müharibəsində cəbhə və demarkasiya xəttinin indiki səviyyədə dondurulmasını nəzərdə tutub.
“The Financial Times” çərşənbə axşamı yazıb ki, Vladimir Putin Trampın xüsusi elçisi Stiv Vitkofla Sankt-Peterburqda görüşündə Ukraynanın qismən işğal olunmuş bütün bölgələrinə iddialardan əl çəkərək hazırkı cəbhə xəttində işğalı dayandırmağı təklif edib.
Vens jurnalistlərə bildirib ki, həm Ukrayna, həm də Rusiya iddia etdikləri ərazilərin bir hissəsini verməli olacaqlar. “Bloomberg” öz şərhində yazır ki, mövcud cəbhə xətti boyunca münaqişənin dondurulması 2014-cü ildən bəri Rusiyanın zəbt etdiyi ölkənin şərqində və cənubunda bütün əraziləri, o cümlədən Krımı geri almağa çalışan Ukrayna üçün böyük fədakarlıq olardı.
Agentlik mənbələri daha əvvəl bildirmişdilər ki, Birləşmiş Ştatlar Rusiyanın Krım üzərində nəzarətini tanımağa və potensial sülh sazişinin bir hissəsi kimi Moskvaya qarşı sanksiyaları yumşaltmağa hazırdır.
Prezident Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, ölkəsi Rusiyanın Krımı işğalını tanımır."Bəzi ərazi mübadilələri aparılmalı olacaq",- deyən Vens sərhədin cəbhə xəttinin təkrarı olmaya biləcəyini deyib.
Xəzər
“Cebheinfo.az”