Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı - YENİLƏNİB

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı - YENİLƏNİB

Qubada körpü çöküb, 30-dan çox kəndin yolu bağlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çökərək təhlükəli vəziyyətə düşüb.

Hazırda körpü bağlanıb və rayonun 30-dan çox kəndi ilə əlaqə kəsilib.

***

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, əraziyə AAYDA-nın 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpüdə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

“Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər”, - o qeyd edib.

"Cebheinfo.az"