Masallıda ana doğuş zamanı öldü - YENİLƏNİB

Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb.
Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.
***
11.11
Masallıda doğuş zamanı ana ölümü baş verib.
APA-nın xəbərinə görə, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"