Ermənistan Suriyaya yardım ayırdı: Məbləğ şok etdi

Ermənistan hökuməti Suriyaya göndəriləcək ikinci humanitar yardım partiyası üçün 49 milyon dram (təxminən 123 min ABŞ dolları) məbləğində vəsait ayırıb.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, bu vəsait hesabına əsasən ərzaq məhsulları və dərman preparatları alınacaq.
Məlumatda bildirilir ki, martın 21-də Ermənistanın ilk humanitar yardımı Suriyaya göndərilib. Bu məqsədlər üçün Ermənistan-Türkiyə sərhədindəki "Marqara" keçid məntəqəsi 10 gün müddətinə açılıb.
"Cebheinfo.az"