Gümrü-Qars dəmir yolu açılır?

Gümrü-Qars dəmir yolu açılır?

2024-cü ilin noyabrında Gümrü-Qars dəmir yolunun texniki ehtiyaclarını qiymətləndirmək üçün Ermənistan və Türkiyənin maraqlı idarələrinin nümayəndələri arasında görüş keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan “NEWS.am”-in yazılı sorğusuna cavab olaraq bildirib. O əlavə edib ki, bu mövzu ətrafında baş verənlər barədə ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək.

Nazirlik Gümrü-Qars dəmir yolunun hazırkı vəziyyəti və problemlərinin öyrənilməsində Ermənistanın konkret hansı dövlət idarələrinin iştirak etdiyini açıqlamayıb. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib ki, “Sülh kəsişməsi” proqramı çərçivəsində aparılan ilkin hesablamalara görə, Gümrüdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu hissəsinin yenidən qurulması təxminən 32,4 milyon dollara başa gələcək:

“Nazirliyin cavabından belə çıxır ki, Gümrü-Qars dəmir yolunun işə salınması prosesində nəzərəçarpacaq irəliləyiş yoxdur”.

Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xətti ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə artıq razılığa gəliblər. O, “Correio Braziliense” jurnalına müsahibəsində bildirib ki, erməni və türk mütəxəssisləri artıq Gümrü-Qars dəmir yolunun vəziyyətini öyrənirlər.

Xəzər
“Cebheinfo.az”