“2 milyard 500 milyon kub metrə yaxın su itkiyə gedib”

“2 milyard 500 milyon kub metrə yaxın su itkiyə gedib”

“2024-cü ildə suvarma mənbələrindən 9 milyard 256 milyon kub metr su götürülüb, təsərrüfatlara 6 milyard 710 milyon kub metr su verilib. Qalan 2 milyard 500 milyon kub metrə yaxın su itkiyə gedib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə bildirib.

Rafiq Aslanov qeyd edib ki, 1 milyon 430 min hektar suvarma sahəsinin təqribən 790 min hektarı öz axını ilə, 642 min hektarı isə mexaniki üsulla su ilə təmin edilib.  

Onun sözlərinə görə, hazırda anbarlarda 18 milyard 760 milyon kubmetr su ehtiyatları toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 576 milyon kubmetr çoxdur. Bu il 1 milyon 524 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulur.

"Cebheinfo.az"