Ukrayna ilə bağlı görüş təxirə düşdü

Ukrayna ilə bağlı görüş təxirə düşdü

Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionun Londona səfərdən imtina etməsindən sonra Ukrayna ilə bağlı bu günə planlaşdırılan görüşü təxirə salıblar. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, bunun əvəzində danışıqlar 5 ölkənin rəsmiləri arasında aparılacaq. Telekanalın məlumatına görə, Ukrayna xarici işlər naziri Andriy Sıbiqanın hələ də Londonda olacağı və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşü gözlənilir.

Xəzər
“Cebheinfo.az”