Çin lideri İlham Əliyevlə görüşdə: ""Tarif müharibələri" nizamı pozur"

""Tarif müharibələri" çoxtərəfli ticarət sistemini və qlobal iqtisadi nizamı pozur".
“Cebheinfo.az”-ın məlumatına görə, Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə belə deyib.
""Tarif və ticarət müharibələri" bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini və qlobal iqtisadi nizamı pozur",- deyə Çin lideri bildirib.
Si Cinpin qeyd edib ki, Çin Azərbaycanla BMT prinsiplərinə və beynəlxalq hüquqa əsaslanan dünya nizamını birgə müdafiə etməyə, habelə öz qanuni maraqlarını müdafiə etməyə və beynəlxalq ədalət uğrunda mübarizə aparmağa hazırdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”