İran-ABŞ danışıqları təxirə salınıb

İran-ABŞ danışıqları təxirə salınıb

İran sabah Omanda ABŞ ilə ekspertlər səviyyəsində keçiriləcək texniki danışıqların aprelin 26-na qədər təxirə salındığını açıqlayıb. 

“Cebheinfo.az”-ın İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məsələ ilə bağlı açıqlama verib.

Bəqayi bildirib ki, Omanın təklifi və İran və ABŞ nümayəndə heyətlərinin razılığı ilə iki tərəf arasında dolayı danışıqlar çərçivəsində sabah keçirilməsi planlaşdırılan ekspertlər səviyyəsində texniki danışıqlar iki ölkənin nümayəndə heyətləri başçılarının iştirakı ilə aprelin 26-na təxirə salınıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"