Pezeşkianın müşaviri qarşıdakı səfərdən yazdı

Məsud Pezşekian Azərbaycan Prezidentinin dəvəti ilə Ordibeheşt ayının 7-də (aprelin 27-də) Bakıya rəsmi səfərə yola düşəcək.
"Cebheinfo.az" xəbər verir ki, bunu sosial şəbəkə hesabında İran prezidentinin müşaviri Mehdi Sənai yazıb.
O əlavə edib: "Çoxsaylı proqramların icrası gözlənilir və ümid edilir ki, dərin tarixi əlaqələri olan iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən ticarət və sərhəd vilayətlərində əməkdaşlığın genişləndirilməsində yeni səhifənin şahidi olacağıq".
"Cebheinfo.az"