Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanılıb

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.
Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib.
Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.
"Cebheinfo.az"