92 milyon insan işsiz qalacaq

92 milyon insan işsiz qalacaq

Texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişikliklər qlobal əmək bazarını yenidən formalaşdırır.

Qarşıdakı illərdə qlobal makrotrendlər təxminən 170 milyon yeni iş yeri yaradacaq. Bununla yanaşı, həmin tendensiyalar nəticəsində 92 milyon insan peşəsi üzrə özünə iş tapa bilməyəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu məlumat Dünya İqtisadi Forumunun növbəti beş (2025-ci ildən 2030-cu ilə qədər) il ərzində əmək bazarının gələcəyini araşdıran yeni hesabatında yer alır.

Hesabatda qeyd olunur ki, 2030-cu ilədək bəzi peşə sahibləri əmək bazarında iş tapmaqda çətinliklə üzləşəcəklər.Bildirilir ki, bilet satandan çobana, kassirdən kömür mədəninə, montaj işindən ustaya, əkinçilikdən pul dəyişdiricilər belə iş tapmaqda digər peşələrlə müqayisədə bəxtləri gətirməyəcək.

Hesabata görə, qarşıdakı illərdə avtomobil, kiçik həcmli yük maşını və motosiklet sürücülərinə, kənd təsərrüfatı işçilərinə, çatdırılma xidmətləri göstərən sürücülərə, proqram və applikasiya təminatı işçilərinə, inşaat üçün konstruksiyaların quranlara, mağaza satıcılarına, qida emalçılarına, peşəkar tibb bacılarına, qida və ərzaq xidməti göstərənlərə, sosial xidmət işçilərinə, layihə menecerlerinə, orta və ali təhsil müəssisələrinin müəllimlərinə, fərdi qulluq işçilərinə ehtiyacın artacağı proqnozlaşdırılır.

Bu gün bəzi peşələr sürətlə inkişaf edir. Texnoloji inkişaf, xüsusən də süni intellekt ilə əlaqəli işlərə tələb sürətlə artır. Beləliklə, süni intellekt, böyük verilənlərlə (big data) iş, texnologiya mühəndisliyi 2030-cu ilədək ən çox tələb olunan peşələrdən olacaq.

Məhz qlobal miqyasda peşələrin təxminən 22 faizinin ya dəyişəcəyi, ya da tamamilə yox olacağı proqnozlaşdırılır.

Nigar
"Cebheinfo.az"