İsrail Qreta Tunberqin olduğu gəmini saxladı

İsrail Qreta Tunberqin olduğu gəmini saxladı

Qəzza zolağına doğru hərəkət edən və göyərtəsində isveçli ekofəal Qreta Tunberqin olduğu gəmi saxlanılaraq, İsrail sahillərinə doğru yönləndirilib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, "Madleen" gəmisinin sərnişinləri öz doğma ölkələrinə yola salınacaq. İsrail XİN həmçinin Q.Tunberqi təxribat törətməyə cəhddə ittiham edib.

Bununla belə, XİN bəyan edib ki, göyərtədəki humanitar yük real humanitar kanallar vasitəsilə Qəzzaya çatdırılacaq.

Qeyd edək ki, gəmidə Q.Tunberq, eləcə də Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşları daxil olmaqla 12 fəal olub.

https://t.me/aznovost/127042?single

"Cebheinfo.az"