Beş güləşçimiz AÇ-də mübarizəyə başlayır

Beş güləşçimiz AÇ-də mübarizəyə başlayır

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürəcək.

"Cebheinfo.az" xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Komandamızın heyətində startda xalçaya Qurban Məcnunov (48 kq), Ayxan Əsədli (55 kq), Ramil Musayev (65 kq), Nicat Yeylaqaliyev (80 kq) və Rihad İbrahimli (110 kq) çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında ədaləti qoruyan hakimlərin sırasında I dərəcəli hakim Vüqar Şükürov da var.

"Cebheinfo.az"