Ukraynanın daha 49 PUA-sı məhv edilib

Dünən Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Ukraynaya məxsus 49 pilotsuz uçan aparatı (PUA) məhv edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev rejimi ötən gecə Rusiya ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum həyata keçirməyə cəhd edərkən, növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən 49 təyyarə tipli PUA məhv edilib”, - deyə məlumatda bildirilib.
"Cebheinfo.az"