Nazilədən Fatimənin sözlərinə REAKSİYA

Nazilədən Fatimənin sözlərinə REAKSİYA

"Aş gətirməyin harası ayıb imiş, bilmirəm. Kaş mənim keçmişimdə əlimdə bir sini plovla şəklim olardı". 

Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Afaqla 10lar" verilişində deyib. Nazilə bir müddət əvvəl həmin proqramda onun haqqında danışan rəqqasə Fatimə Fətəliyevaya belə cavab verib:

"Mən toy sahibinə çatmasam, azlıq etsəm, Fatimə gəlib aparıcılıq edə bilər. Bəli, indi də təkrarlayıram, mənim olduğum məclisdə Fatimə rəqs qrupu ilə aş gətirib. Onu da, Çinarəni də dəvət ediblər. Elə vaxt olub ki, Çinarə aparıcı olub, mən xınayaxdı mərasimini aparmışam. Elə vaxt da olub mən aparıcı olmuşam, Fatimə də aşa gəlib. Kim Fatiməyə deyir ki, bundan utanmalısan? Bu da bir peşədir. Bilmirəm, bunu niyə özünə dərd edib? O, hələ mənə olan borcunu ödəsin. Məndən ictimaiyyət qaşıında üzr istəməlidi. Bundan sonra onun toydakı aparıcılığını müzakirə edərik".

"Cebheinfo.az"