Tramp təyyarəyə minərkən büdrədi - VİDEO

Tramp təyyarəyə minərkən büdrədi - VİDEO

ABŞ Prezidenti Donald Tramp təyyarəyə minərkən trapda büdrəyib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsi “Air Force One”-a minmək üçün pilləkənlərlə qalxarkən az qalıb ki, yıxılsın. Trampın büdrədiyi anlar kameralara düşüb.

Trampı ABŞ-nin dövlət katibi Marko Rubio müşayiət edib və Rubio da pilləkənləri qalxarkən ayağı büdrəyib.

ABŞ mətbuatında Trampın həmin anları ilə bağlı xəbərlər işıqlandırılarkən, onun bir məqamda keçmiş ABŞ prezidenti Co Baydeni ələ salan sözləri yada salınıb.

Bayden bir neçə dəfə kameralar qarşısında büdrəyib və Tramp buna görə dəfələrlə onu ələ salıb. 2023-cü ildə o, "Co Bayden “Air Force One”-da pilləkənlərə belə, qalxa bilmir" deyib və daha sonra Baydenin prezident təyyarəsində "uşaq pilləkənlərindən" istifadə etdiyini iddia edib. Digər tərəfdən, “Air Force One”-ın pilləkənlərində büdrəmək bir çox prezidentin başına gəlib.Barak Obama, Ronald Reyqan və Cerald Fordun da büdrədiyi müşahidə edilib.

Nigar
"Cebheinfo.az"