Nərminin qızı ölkədə 1 ədəd olan antikvar avtobusu pis hala salıb - FOTOLAR

Nərminin qızı ölkədə 1 ədəd olan antikvar avtobusu pis hala salıb - FOTOLAR

Tanınmış fotoqraf Kelvin Qasımov antikvar avtobusunu müğənni Nərmin Kərimbəyovanın qızının yararsız hala saldığını iddia edib.

Axşam.az xəbər verir ki, bununla bağlı görüntülər yayımlayan fotoqraf ölkədə 1 ədəd olan "Ford MK 2" antikvar avtobusu ifaçının qızının yazdığını bildirib:

"Qızının oxuduğu məktəbə, məhkəməyə kimi gedəcəyəm. Anası deyir, hüquqşünasam, tanınmış müğənniyəm, uşağım əcəb edib. Qızı məhəlləni biabır edib. hadisə 10 gündür olub. Nə üzr istəyib, nə də zəng vurub xərci soruşub. Əvəzində isə "uşaqdır, ver məhkəməyə, baxarıq" deyib. Allah hamını mərdimazardan qorusun. Qapını sındırıb, yerindən dartıb çıxarıb, şüşəni, faranı sındırıb. Hər yeri yazıb. Çıxıb ayağı ilə maşının hər yerini əziblər".

"Cebheinfo.az"