Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb

Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini iyunun 20-də səsverməyə çıxara bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Politico" yüksək vəzifəli bir diplomata istinadən xəbər verir.

Bildirilir ki, əgər ABŞ bu məsələdə Aİ ilə mövqelərini uzlaşdırmağa razılaşsa, yeni sanksiya paketinə dair səsvermə artıq iyunun 20-də baş tuta bilər.

Nəşr yazır ki, Avropa İttifaqı ümid edir ki, bu istiqamətdə gözlənilən “siqnalı” iyunun 15-17-də Kanadada keçiriləcək “G7" sammiti zamanı ala bilər.

Səbinə Uğur 
"Cebheinfo.az"