Burak Özçivit sərvəti 1 milyardı ötüb

Türkiyəli aktyor Burak Özçivit sərvəti və daşınmaz əmlakları ilə gündəmə gəlib.
Axşam.az "Gazete Magazin"ə istinadən xəbər verir ki, aktyor Gümüşlükdəki torpağında davam edən layihə çərçisində daha 3 villanın sahibi olub.
Həmin evlərdən birində yaşayan Özçivit ikinci evi ailəsi üçün ayırıb, digərini isə satışa çıxarıb.
Bunlardan əlavə, Özçivitin Gündoğanda bir villası və İstanbulda Acarkentdə daha 2 mülkü var.
Nəşr Özçivitin sərvətinin 1 milyard lirədən çox (43 milyon manatdan çox) olduğunu iddia edib.
Qeyd edək ki, aktrisa Fahriyə Evcenlə evli olan aktyorun 2 oğlu var. O, hazırda "Kuruluş Osman"da rol alır.
"Cebheinfo.az"