"Çelsi" fransalı futbolçunu transfer etdiyini açıqlayıb

"Çelsi" fransalı futbolçunu transfer etdiyini açıqlayıb

İngiltərə təmsilçisi "Çelsi" fransalı futbolçu Mamadu Sarrın transferini açıqlayıb.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" 19 yaşlı mərkəz müdafiəçisi ilə 8 illik müqavilə imzalayıblar.

Son olaraq ölkəsinin "Strasburq" klubunda çıxış edən Sarr ötən mövsüm 28 oyunda meydana çıxıb.

"Cebheinfo.az"