Rusiyada müsəlmanları təhqir edən erməni bloqeri oğurlayanlar azadlığa buraxıldılar

Rusiyada müsəlmanları təhqir edən erməni bloqeri oğurlayanlar azadlığa buraxıldılar

Erməni bloqer Areq Şepixini qaçırmağa görə saxlanılan şəxslər azadlığa buraxılıblar.

Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadla xəbər verir.

Müstəntiqlər insan oğurluğu və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə şübhəli bilinən altı nəfərdən heç birini həbs etməyib.

Onlardan başqa yerə getməmək haqqında iltizam alınaraq sərbəst buraxılıblar.

A.Şepixinin özü isə iki ay müddətinə həbs edilib və hazırda istintaq təcridxanasındadır.

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib, Rusiya hökumətinin müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyası ilə "proqramlaşdırılması" çağırışları ilə çıxış edib. Bundan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.

"Cebheinfo.az"