Skuterin vurduğu aktrisanın vəziyyəti açıqlandı

Bir neçə gün öncə skuterin vurduğu, Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aktirisa iyunun 6-da saat 01:00-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə nahiyəsinin kəllə ətraflarına keçən xətti sınığı, ənsə nahiyəsində dərialtı hematoma diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti stabildir".
"Cebheinfo.az"