Malayziyada yol qəzasında 15 nəfər ölüb

Malayziyada yol qəzasında 15 nəfər ölüb

Malayziyanın Gerik şəhərində tələbələri daşıyan avtobusun toqquşması nəticəsində azı 15 nəfər ölüb, 33 nəfər yaralanıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, avtobus magistral yolda digər avtomobillə toqquşub və aşıb. Onun içərisində 43-ü tələbə olmaqla, 48 nəfər olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"