Qatar istehsalında YENİLİK

Qatar istehsalında YENİLİK

Türkiynənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə Dəmir yolu Sistemi Vasitələri Anonim Şirkətinin (TÜRASAŞ) Sakarya Region Müdirliyində davam edən Günəş Elektrik Stansiyası (GES) işləri ilə bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, nazir Türkiyə və Yaxın Şərqin ən böyük relsli qatar istehsalçısı olan TÜRASAŞ-ın istifadə etdiyi qabaqcıl texnologiya məhsulları və reallaşdırdığı böyük investisiyalarla yadda qaldığını vurğulayıb və TÜRASAŞ-ın da enerji sahəsində nəhəng bir layihə həyata keçirməyə hazırlaşdığını açıqlayıb.

Uraloğlu TÜRASAŞ Sakarya Region Müdirliyi şəhərciyində fabrik damlarında günəş enerjisi stansiyalarının qurulması üçün başladılan işlərin sona çatdığını deyib:

“Məhz qatar istehsalında istifadə olunan elektrik enerjisinin ən azı 90 faizini bərpaolunan enerjidən qarşılayacağıq. Bu yolla, istehsalda əhəmiyyətli paya malik olan enerji xərclərinin azaldılması, enerji təchizatının rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək.

Layihənin həyata keçirilməsi ilə ildə təxminən 3 milyon 350 min kilovat saat elektrik enerjisinə qənaət olunacaq. Elektrik xərclərinin azalması isə iqtisadiyyata ildə təxminən 14 milyon lirə qazandıracaq”.

Nigar
"Cebheinfo.az"