Azərbaycandan Yunanıstana ixracın həcmi 70 %-dən çox artıb

Azərbaycandan Yunanıstana ixracın həcmi 70 %-dən çox artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artaraq 313 milyon 891.5 min ABŞ dollarına bərabər olub.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Yunanıstana ixracın həcmi 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 72.3% artaraq 294 milyon 59.6 min ABŞ dolları olub.

Eyni dövrdə Azərbaycana Yunanıstandan idxalın həcmi isə 1.4% artaraq 19 milyon 831 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu dövrdə Yunanıstana əsasən təbii qaz və xam neft ixrac edilib.

Xatırladaq ki, Azərbaycanla Yunanıstanın ticarət dövriyyəsinin həcmi, ölkənin ümumi ticarət dövriyyəsinin 1.86%-nə bərabər olub.

"Cebheinfo.az"