Azərbaycandan Suriyaya yardım

Azərbaycandan Suriyaya yardım

Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan Suriyada müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylayıb.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan tərəfindən Suriya xalqı üçün 200 ton həcmində humanitar yardım göndərilib. 

Bundan başqa, bu ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.

"Cebheinfo.az"