Tramp-Mask davasının PƏRDƏARXASI

Son günlər Prezident Donlad Trampa qarşı baş qaldıran etirazlar ABŞ-də gərginliyin artmasına səbəb olub.
Məhşur texnologiya milyarderi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, “X” sosial şəbəkəsinin sahibi İlon Maskla Donlad Tramp arasında yaranmış siyasi qalmaqalın ardınca, minlərlə miqrant Los-Anceles şəhərində ABŞ Prezidentinə qarşı etiraz aksiyalarına qalxıb.
Hər iki halda Trampın siyasi təmkin əvəzinə baş verən proseslərə emosional reaksiya verməsi Prezidentdən narazılığı artırıb.
Ötən il Trampın prezident seçilməsində maliyyə dəstəyi və nüfuzu ilə mühüm rol oynayan İlon Mask artıq onu “dəli” adlandırıb və Prezidenti nalayiq ifadələrlə təhqir edib.
Öz növbəsində, Tramp da ənənəvi xarakterinə uyğun olaraq, onu hədələyib. Hətta büdcə qanunu ilə bağlı Prezidentlə Mask arasında yaranmış mübahisəyə maliyyə naziri Skot Bessent də qarışıb. Əlbəyaxa dava Bessentin Maskın gözünə xəsarət yetirməsi ilə yekunlaşıb. Göründüyü kimi, ABŞ elitasında ciddi fikir ayrılığı var. Bu isə Trampın siyasi nüfuzuna ciddi zərbə vurub.
Yranmış fürsətdən isə ilk növbədə, ABŞ Prezidentinin siyasi rəqibləri yararlanmağı çalışır. Demokratlar Partiyası Maskı öz tərəflərinə çəkməyə çalışır. Məqsəd 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərdə demokrat namizədlərin maliyyələşməsində Maskın maliyyə dəstəyinə nail olmaq və respublikaçıların qanunverici orqanda say üstünlüyünə son qoymaqdır.
Bundan sonra Trampa qarşı siyasi təzyiqlər, o cümlədən impiçment elan edilməsi ilə bağlı təklif gündəmə gələ bilər. Ona görə də Maskın demokratlarla anlaşamasından narahat olan Tramp ona sərt xəbərdarlıq edib. Lakin ultrasağçı baxışları və populist mövqeyi ilə tanınan Maskın sol-liberal demokratlarla eyni siyasi düşərgədə yer alacağı inandırıcı görünmür.
Onun vəd etdiyi kimi orta təbəqənin təmsilçilərindən ibarət yeni Amerika Partiyası yaratması Tramp üçün daha böyük problem yarada bilər. Bu halda, İlon Mask “Trampistlər” adanan ultrasağçı radikal düşərgənin böyük bir hissəsini öz tərəfinə çəkmiş olar.
Tramp komanda üzvləri ilə ziddiyyətli davranış sərgiləyən bir siyasətçi olduğundan bu cür narazılıqlarların vaxtaşırı digər hökumət üzvləri ilə də baş verəcəyi istisna olunmur. Əgər Mask siyasətdə qalmağa iddialı olarsa, Trampa qarşı hakim elitanın nümayəndələrindən və respublikaçılardan ibarət yeni müxalifət cəbhəsi formalaşacaq. Bu isə 2026-cı ildə keçiriləcək seçkilərdə Trampa yaxşı nə isə vəd etmir.
ABŞ üçün digər təhlükə isə Rusiyanın İlon Maskı öz tərəfinə çəkmək istəyidir. Kosmosun tədqiqində əməkdaşlıq adı altında Maska edilən təklif şübhəsiz ki, ABŞ-nin müasir texnologiyalarına çıxış əldə etmək məqsədi daşıyır. Bununla da Rusiya ABŞ-nin bütün texnoloji və kəşfiyyat məlumatlarını ələ keçirmiş olar. Ona görə də Maskı nəzarətdə saxlamaq üçün ABŞ Prezidenti onunla barışığa getməyə razılaşsa da, siyasi istiblişmentdə müşahidə olunan parçalanma prosesi hələ bitməyib.
Bu arada Los-Anceles, Paramount və Komptonda keçirilən reydlərə etiraz edən miqrantlara qarşı zorakılığın tətbiq edilməsi Tramp administrasiyasından narazılığı artırıb. Bazar günü polis tərəfindən 118 nəfər miqrant saxlanılıb.
Prezident Tramp etirazlara cavab olaraq 2 000 Milli Qvardiya əsgərini əraziyə yerləşdirəcəyini bildirib. Sosial şəbəkələrdəki paylaşımında Tramp “Təhrikçilərin və tez-tez pul ödəyən fitnəkarların Radikal Sol etirazları” adlandırdığı aksiyalara hücum əmri verib.
Təbii ki, Trampın bu addımından Demokratlar Partiyası özünün siyasi təbliğatı və tərəfdarlarını artırmaq üçün istifadə etməyə çaşılacaq. Diqqəti çəkən məqam isə yerli hakimiyyət orqanlarının da bu məsələdə Trampa qarşı çıxmasıdır. Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bildirib ki, Tramp administrasiyasının Milli Qvardiyanın yerləşdirilməsi lazım deyil və gərginliyi alovlandırır.
San-Fransisko polisi isə Los-Ancelesin mərkəzində nümayişçilərlə polis arasında toqquşma zamanı 60 nəfər həbs edilib və ən azı üç zabit yaralanıb. Los-Anceles meri Karen Bass Prezident Trampın qərarını pisləyib. Karen Bass ABŞ Prezidentini Los-Ancelesdə Milli Qvardiya yerləşdirmək qərarına görə tənqid edib.
Mer həmçinin, etirazçılara xəbərdarlıq edib ki, vandalizm və zorakılığa tolerant münasibət göstərilməyəcəyini deyib. Bass mediaya müraciətində federal administrasiyanın yerli məmurların məsuliyyəti öz üzərinə götürməsinə və Milli Qvardiya qoşunlarını geri çağırmasına icazə verməli olduğunu bildirib. O, Trampı mühacirlər üçün təhlükəli mühit yaratmaqda ittiham edib.
Bass etirazçılara müraciət edərək, “Bütün Los-Ancelesdə yaşayanları haqqınızı, qəzəbinizi, etirazınızı davam etdirməyə çağırıram. Lakin bunu sülh yolu ilə edin”, - deyə qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”